Paşinyan Qərbi sülh müqaviləsini əngəlləməyə çağırır – BAXIŞ BUCAĞI

2024/05/45645-1715847569.jpg
Oxunub: 297     12:20     16 May 2024    
“Azərbaycanla sazişlərin sülh müqaviləsində təsbit edilməsi və imzalanmasının vaxtıdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə keçirilən demokratiya sammiti çərçivəsində bəyan edib.

Ümumiyyətlə, Ermənistanın Baş naziri bu ifadə ilə daha çox etiraf edir ki, bağlanmış müqavilələr, belə demək mümkündürsə, hazırda tamamilə praktiki dəyər və əhəmiyyət kəsb etmir, heç bir zəmanətə malik deyil, başqa sözlə, “havadan asılıb”. Bu, heç də o demək deyil ki, bunlar sülh müqaviləsində təsbit olduğu halda real zəmində görünəcək. Amma məlum olur ki, bunlar hətta bu səviyyədə də deyil.

Ona görə də sual yaranır ki, bunlar hansı səviyyədədir? Burada da belə çıxır ki, havadan asılıb. Havadan asılıb, çünki sülh müqaviləsi əslində razılaşmaların az-çox institusional təsbiti ola biləcək yeganə sənəd platformasıdır.

Lakin Paşinyan Kopenhagendə açıq-aşkar ifadə edir ki, razılaşmalar havadan asılı vəziyyətdədir və bu, çətin ki, yalnız müxtəlif Qərb ölkələrindən səslənən alqışlamalarla uyğun olsun. Təbii ki, Paşinyan bununla bir tərəfdən razılaşmaların hər an pozula biləcəyi ilə bağlı təhdid səsləndirir, həm də Qərbin bu məsələdə onun yanında olması üçün xəbərdarlıq ifadə edir.

Deməli, Paşinyan Ermənistanın informasiya məkanında vacib razılaşmalar təfəkkürünü təbliğ etsə də, faktiki olaraq Kopenhagen tribunasında Qərbi sülh müqaviləsinin həyata keçirilməməsi üçün Ermənistan ətrafında birləşməyə çağırır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qərb   Sülh  


Bizi "telegram"da izləyin