Azərbaycanla Ermənistan arasında yeni təmas “xətti” formalaşır?

2024/03/tia_3-1711091647.jpg
Oxunub: 365     19:18     16 May 2024    
Mayın 15-18-də Cenevrədə parlament rəhbərlərinin görüşü keçiriləcək, bu çərçivədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü planlaşdırılır.

Baş tutacağı təqdirdə bu görüş ikinci olacaq. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri ilk dəfə aylar əvvəl, mart ayında yenidən Cenevrədə görüşüblər. Həmin vaxt görüşlərin davam etdirilməsi razılaşdırılıb. Əslində, yeni görüş iki aydan az vaxt ərzində baş verir. Bu, bəlkə də birinci görüş kontekstində söylədiyimiz fikirlərə sübutdur.

Azərbaycanla Ermənistan arasında parlamentlərin sədrləri səviyyəsində yeni təmas və kommunikasiya “xətti” formalaşır. Bu, əslində bir tərəfdən, artıq mövcud olan kommunikasiyaları tamamlayır, digər tərəfdən, onlar arasında “rəqabət” formalaşdıracaq. Mümkündür ki, parlament sədrləri səviyyəsində kommunikasiya “xətti” Rusiyadan daha çox, Qərbin ideyasıdır. Ermənistan parlamenti sədrinin Rusiyaya qarşı sərt bəyanatlarını da burada axtarmaq lazımdır. Hətta Ermənistanın yüksək dərəcəli rəsmilərinin ritorikası ilə müqayisə etsək, həmin bəyanatlar görünməmiş dərəcədə sərtdir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Təmas-xətti  


Bizi "telegram"da izləyin