Çin lideri Ukrayna böhranının siyasi nizamlanmasını düzgün yol hesab edir

2024/05/1715845360.jpg
Oxunub: 150     11:26     16 May 2024    
Rusiya və Çin Ukrayna böhranının siyasi nizamlanmasının düzgün yol olduğunu hesab edir.

Ordu.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Onun sözlərinə görə, Çinin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.

Cinpin vurğulayıb ki, Çin və Rusiya iki ölkəyə daha çox fayda gətirmək və qlobal təhlükəsizlik və sabitliyə layiqli töhfələr vermək üçün birlikdə çalışacaqlar.

"Çin və Rusiya BMT-nin mərkəzi rolu ilə beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya nizamını müdafiə edir.

Çin Avropada sülhün və sabitliyin tezliklə bərpasına ümid edir və konstruktiv rol oynamağa davam edəcək", - deyə Çin lideri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin