Britaniya PUA və lazer silahlarına sahib 6 ədəd “xüsusi döyüş gəmisi” alacaq

2024/05/2024--1715844998.jpg
Oxunub: 213     16:54     16 May 2024    
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bəyan edib ki, Britaniya ordusu tezliklə kamikadze tipli Pilotsuz Uçuş Aparatlarını (PUA) buraxmaq və müasir lazer silahlarını işə salmaq qabiliyyətinə malik 6 ədəd xüsusi döyüş gəmisi alacaq.

Ordu.az xəbər verir ki, Şapps “The Telegraph” qəzetinə verdiyi açıqlamada Britaniya dəniz piyadaları tərəfindən idarə olunacaq ölkənin yeni Çoxməqsədli Dəstək Gəmiləri (MRSS) üçün inkişaf işlərinə başlanıldığını açıqlayıb.

“The Telegraph”ın verdiyi məlumata görə, gəmilərin əsas vəzifəsi ordunun komando qüvvələrini dünyanın istənilən nöqtəsində dənizdən sahilə sürətlə çatdırmaq olacaq.

Bununla belə, bu gəmilər həm də hücum PUA-larını ehtiva edə və mümkün döyüş əməliyyatlarında iştirak edə biləcək.

Gəmilərdə, həmçinin Böyük Britaniyanın bu yaxınlarda sınaqdan keçirilən, düşmən PUA-larını və raketlərini zərərsizləşdirə bilən “DragonFire” kimi potensial lazer silahlarının quraşdırılması üçün xüsusi sahə olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   PUA   Lazer  


Bizi "telegram"da izləyin