Cənubi Koreya kəşfiyyatı: Şimali Koreya Rusiyaya 50 illik sursat təmin edir

2024/05/munne-1715844901.jpg
Oxunub: 216     16:32     16 May 2024    
Cənubi Koreya kəşfiyyatı Rusiyanın Şimali Koreya ilə müttəfiqliyini aşkarladığını iddia edib.

Ordu.az xəbər verir ki, Cənubi Koreya kəşfiyyatına görə, Rusiya qüvvələri Ukrayna müharibəsi səbəbindən Şimali Koreyanın 1970-ci illərdən qalma sursatlarını almağa davam edir.

“Business Insider”in məlumatına görə, Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin son hesabatı Rusiyanın Şimali Koreya ilə müttəfiqliyini ortaya çıxarıb.

“Business Insider”ə görə, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti bu hərbi əməkdaşlığı fəal şəkildə izləyir və vəziyyəti yaxından araşdırır.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti son kəşfiyyat hesabatında bildirib ki, Şimali Koreya Ukraynada döyüşən Rusiya qüvvələrinə milyonlarla köhnə mərmi tədarük edib və Rusiyanın normal vaxtlarda ehtiyac duyduğu təxminən 50 illik sursat ehtiyacını təmin edib.

Məlumata görə, Şimali Koreya 2023-cü ilin dekabrından Rusiyaya sursat göndərir və bu dəstək Ukrayna döyüş meydanında balansı dəyişməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Rusiya   Sursat  


Bizi "telegram"da izləyin