Ermənistanda pensiya və maaşlar artırılmayıb, Paşinyan yalan danışıb

2024/05/timth-1715844747.jpg
Oxunub: 138     12:00     16 May 2024    
2018-ci il aprelin 13-də Nikol Paşinyan bəyan edib: “Pensiya və maaşlar artırılmayıb, çünki bu, hökumətin insanları səfalətə sürükləmək siyasətidir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu il Nikol Paşinyan öz hakimiyyəti dövründə insanları səfalətə sürükləyib.

“2024-cü il yanvarın 10-da mətbuat konfransında əmək və sosial məsələlər naziri Narek Mkrtçyan 2024-cü ildə pensiyaların artmayacağını bildirib. 2024-cü il yanvarın 31-də maliyyə naziri Vahe Hovhannisyan mətbuat konfransında deyib: “2024-cü ildə pensiyaların artmamasının səbəbi bizim xərcləmə prioritetlərimizlə bağlıdır”. O bildirib ki, 2022-ci ildə pensiyaların 2024-cü ildə artmayacağına qərar verilib. Onun sözlərinə görə, çünki hökumət hesab edir ki, məsuliyyətli siyasət aparmalı və bunların yerinə yetirilməməsi üçün risk yaradan öhdəliklər götürməməlidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Pensiya   Yalan  


Bizi "telegram"da izləyin