KİV: Paşinyan devrildikdən sonra hakimiyyətə kim gəlsə, onun üzərinə ağır yük düşəcək

2024/05/karav-1715844674.jpg
Oxunub: 191     17:45     16 May 2024    
Paşinyanın təbliğatının sabit tezisi var və bu tezisin əsas fikri ondan ibarətdir ki, daxili siyasi həyatda baş verən hər şey hakimiyyət uğrunda mübarizədir, ən sadə təqdimat və qavrayışla “kürsü davasıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, təbii olaraq indiki ictimai oyanışla paralel olaraq filan qüvvənin, filan şəxsin hakimiyyətə gəlmək istəməsi ilə bağlı təbliğat şablonu yenidən dövriyyəyə buraxılıb.

“Bunun əsas leytmotivi baş verənlərin “hakimiyyət davası” olduğunu insanlara aşılamaqdır. Təbii ki, Nikol Paşinyanın uzaqlaşmasından sonra hökumət qurulmalıdır. Bu, siyasət elminin, siyasətin və dövlətçiliyin klassik məntiqidir. Amma... Düşünmək olar ki, Ermənistan xoşbəxt və problemi olmayan ölkədir, insanlar “hakimiyyətə gəlmək istəyirlər”. Əslində Nikol Paşinyan, onun partiyası və 6 illik hakimiyyəti Ermənistanı nəyə çevirdi? Qısa desək, xarabalığa çevirdi”, - deyə nəşr bildirib.

Müəllif əlavə edib ki, Paşinyan devrildikdən sonra hakimiyyətə kim gəlsə, onun üzərinə ağır yük düşəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin