Paşinyan hakimiyyəti yepiskopun rəhbərlik etdiyi mübarizədən dəhşətə gəlib

2024/05/image-1715844426.jpg
Oxunub: 232     16:49     16 May 2024    
Ötən gün Opera binasında Danimarkadan qayıdan Nikol Paşinyanın da iştirak etdiyi Avropa Yenidənqurma və İnkişaf Bankının illik konfransı, “Dvin”də isə Vahaqn Xaçaturyanın iştirak etdiyi beynəlxalq forum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistan hökuməti Baqrat Srbazanın başçılıq etdiyi mübarizədən o qədər dəhşətə gəlib ki, görünməmiş təhlükəsizlik tədbirləri görüblər, “Dvin”də çoxlu sayda mülki geyimli polislər olub, Opera binası dəmir baryerlərlə əhatə olunub, ətraf küçələr bağlanıb və daxili qoşunların minlərlə polisi vilayətlərdən gətirilib.

“Opera binasının başında snayperlər də olub. Konfrans iştirakçılarına Opera binasının foyesində durub danışmağa icazə verilməyib, onlar ayqyoluna gedəndə də izlənilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hakimiyyət   Yepiskop  


Bizi "telegram"da izləyin