“Past”: Paşinyan Kopenhagenə getməzdən əvvəl sağa-sola “baxmamağı” əmr edib

2024/05/1715843527.jpg
Oxunub: 179     16:38     16 May 2024    
“Bizdə olan məlumata görə, hökumət daxilində, yumşaq desək, heç də hər şey hakim “Vətəndaş Müqaviləsi” üzvlərinin göstərməyə çalışdığı kimi deyil”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, “Vətən naminə Tavus” hərəkatının inkişafı, eləcə də Baqrat Srbazanın xüsusilə “qəhvə” bəyanatlarından sonra hakim partiya daxilində nəinki təşviş, hətta bir-birinə qarşı inamsızlıq da artır.

“Üstəlik, bu günlərdə ayrı-ayrı hakim partiya üzvlərinin hərəkat liderləri ilə “körpü qurmağa” hazır olduğu, nəticədə hamının hər kəsə şübhə ilə baxmağa başladığı barədə müxtəlif məlumatlar yayılıb. Eyni zamanda, Paşinyan heç kimə inanmır, hakim partiyanın “yuxarı eşelon”dan olan üzvləri isə öz komandaları ilə digərlərinə güvənmirlər. Üstəlik, hakimiyyətə yaxın mənbələrimizin məlumatına görə, Nikol Paşinyan Kopenhagenə getməzdən əvvəl hakim partiya rəsmilərinə və xüsusən də deputatlara sağa-sola “baxmamağı” əmr edib, yəni bu günlərdə onların qohumları, dostları, tanışları ilə heç bir görüşü olmayacaq, “başqa qüvvələr”in nümayəndələri ilə görüşü ümumiyyətlə demirik”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kopenhagen   Səfər  


Bizi "telegram"da izləyin