Ermənistanın keçmiş xarici işlər naziri separatçıları Paşinyana qarşı hazırlayır

2024/05/60-51-1715843384.jpg
Oxunub: 153     16:17     16 May 2024    
Son günlər hökumətin təbliğat maşını yenidən Qarabağdan Ermənistana könüllü köç etmiş şəxslərlə məşğul olan Vardan Oskanyanı hədəfə alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, yazırlar ki, əslində Ermənistanın keçmiş xarici işlər naziri Qarabağdan Ermənistana könüllü köç etmiş şəxslərin geri qaytarılması ilə deyil, hakimiyyətə qarşı mübarizənin koordinasiyası ilə məşğul olur.

“Mənbələrimizdən öyrəndik ki, “Qarabağ parlamenti”nin (ləğv edilmiş qondarma qurum – red.) “hakim partiyası olan “azad vətən”in deputatı” Arevik Petrosyan xəyanətdə şübhəli bilinir. O, “partiya”nın işgüzar “söhbəti”nin surətlərini hökumətin təbliğatçılarına təqdim edib. Xüsusilə partiyanın daxili “söhbəti”ndə bildiriblər ki, “Qarabağ məsələsi üzrə komitə”nin hesabatı ilə yanaşı, “bugünkü görüş”də günün imperativ məsələsi, Baqrat Srbazanın rəhbərlik etdiyi hərəkat da müzakirə olunub: “Qərar verilib ki, Qarabağ yeparxiyasının lideri tərəfindən hərəkata qoşulmaq üçün bəyanat, çağırış olacaq”. Bu söhbət hakimiyyətə ötürülüb və bu, Oskanyanın hökumət əleyhinə nümayişlər təşkil etməsi barədə fərziyyələr üçün əsas olub. Yeri gəlmişkən, Qarabağdan köç etmiş şəxslər deyirlər ki, Arevik Petrosyan bütün bunları fədakarlıqla yox, konkret ödəniş müqabilində edib, çünki o, Anna Hakopyanın yaxın dostlarından biridir və 44 günlük müharibə günlərində Paşinyanın arvadının “Erato” dəstəsinin üzvü olub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Separatçı   Paşinyan   Təxribat  


Bizi "telegram"da izləyin