Ermənistandan daha bir biabrçılıq: Dünya ticarət mərkəzini kağız üzərində “yaratdılar”

2024/05/image-1715843286.jpg
Oxunub: 154     15:55     16 May 2024    
İrəvan şəhər başçısının 10.05.2024-cü il tarixli qərarı ilə “İrəvan Dünya Ticarət Mərkəzi” QSC-nin adında “İrəvan” sözünün işlədilməsinə icazə verilib (mərkəz “Haypost” binasının bazasında tikilməlidir) .

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

“Bu qərarı oxuyarkən istər-istəməz illər əvvəl əkilməli olan 10 milyon ağac layihəsini, “Vətəndaş Müqaviləsi” partiyası hakimiyyətə gəldikdən dərhal sonra Ermənistan iqtisadiyyatını “daşırmalı” olan milyardlarla dollarlıq investisiyaları və bir çox yerinə yetirilməmiş vədləri xatırlayırıq. Oxucunun nəzərinə çatdıraq ki, Nyu-York və Dubayda dünyaca məşhur ticarət mərkəzləri və komplekslər var.

P.S. Manhetteni və Saryan küçəsindəki “Haypost” binasını müqayisə edin və Ermənistanın 6 ildir içərisində olduğu reallığı təsəvvür edəcəksiniz”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dünya-Ticarət-Mərkəzi  


Bizi "telegram"da izləyin