Ermənistanda kim Milli Qvardiyanın komandanı təyin oluna bilər?

2024/05/image-1715843207.jpg
Oxunub: 198     15:39     16 May 2024    
“Polisdəki mənbələrimizin məlumatına görə, bu yaxınlarda polis qoşunlarına 100 min dram mükafat verilib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, söhbət bu günlərdə canfəşanlıqla Nikol Paşinyanın kreslosunu saxlamaqla, hökumət əleyhinə nümayişləri vəhşicəsinə dağıtmaqla və insanları həbs etməklə məşğul olan polislərdən gedir.

“Daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan sualımıza cavab olaraq deyib: “Polis qoşunları mükafat almayıb”. Başqa cavab gözləmirdik, qanuni əmrlə edilmədiyi üçün, başqa hesablara pul köçürüblər, bunun yaxşı xidmət müqabilində olduğunu vurğulayıblar. Yeri gəlmişkən, bizə onu da bildiriblər ki, Anna Hakopyanın təşkil etdiyi bir milyonluq şam yeməyində polis qoşunlarının komandiri Hayk Babayanın həyat yoldaşı Hasmik Şahnazaryan iştirak edib. Daxili İşlər Nazirliyində aktiv şəkildə danışırlar ki, daxili qoşunların komandiri Nikol Paşinyana bütün cəbhələrdə fədakarcasına xidmət edir, çünki o, yaxın vaxtlarda general rütbəsi alacağını və yaxın gələcəkdə yaradılacaq Milli Qvardiyanın komandanı təyin olunacağını gözləyir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Milli-Qvardiya  


Bizi "telegram"da izləyin