KİV: Paşinyan Ermənistanın bu il Aİ-yə üzv olmasını istəyir?

2024/05/timth-1715842853.jpg
Oxunub: 180     14:34     16 May 2024    
Mayın 8-də Moskvaya getdikdən və Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik etdikdən sonra Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində və “Cəbhədən: Ermənistan Demokratiyasının Müdafiəsi” mövzusunda müzakirədə iştirak etmək üçün Danimarkaya “tələsik” yollanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, bir neçə rəsmi görüşdən əlavə Kopenhagendə diqqətəlayiq “sual-cavab sessiyası” baş tutub.

“Sammitin aparıcısı Nikol Paşinyana sual verib: “Arzunuzu saxlamaq imkanınız olsaydı, Ermənistanın hansı ildə Aİ-yə üzv olmasını istərdiniz?”. “Bu il”, - deyə Paşinyan zarafat kimi cavab verib. Əslində, bir çox ekspertlərin fikrincə, nə sual, nə də cavab təsadüfi deyildi. Moskvaya səfər edib Vladimir Putinlə görüşəndən sonra belə bir “sual-cavab” keçirilməli idi, üstəlik, Qərbin tədbiri zamanı belə bir sual-cavab baş tutmalı idi.

Digər tərəfdən, bu, “Rasmussen Global” beynəlxalq siyasi konsaltinq təşkilatının təsisçisi Anders Foq Rasmussenin Ermənistan və Paşinyanla bağlı Qərb tərəfdaşları qarşısında “açıq alın” ilə hesabat verməsi üçün gözəl fürsətdir. Məsələ ondadır ki, Rasmussen Qərbdən Ermənistana “baxan”dır. Eyni zamanda, yuxarıda adı çəkilən Kopenhagen sammitini təşkil edən “Alliance of Democracies”in yaradıcısıdır. Zahirən eyni siyasətçinin cəmi bir həftə ərzində Avrasiya İqtisadi Birliyinin (AİB) iclasına sədrlik etməsi, belə bir konfransda iştirak etməsi və belə bəyanatla çıxış etməsi çox məntiqsiz görünür. Amma bu, Nikol Paşinyandır, onun hərəkətlərində məntiq tapmaq çoxdan qeyri-ciddi fəaliyyət olub. Yaşlı insanlar xatırlayarlar: vaxtilə “Berqamodan Truffaldino” adlı möhtəşəm bir film var idi. Bu Truffaldino kasıb bir əyalətdən zəngin Venesiyaya gəlir, eyni anda iki nəfərə xidmət edir, onlardan biri, geyimlərini dəyişən qız hər ikisindən daha yüksək maaş almağı bacarır. Nikol Paşinyan indi o vəziyyətdədir. Nəhayət, Truffaldino ağaları tərəfindən kəşf edilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan    


Bizi "telegram"da izləyin