Ermənistan hakimiyyəti radikal keşişin hər sözünü, hər hərəkətini və planlarını diqqətlə izləyir

2024/05/image-1715842759.jpg
Oxunub: 154     14:09     16 May 2024    
Ermənistanın “Joğovurd” nəşrinin hakim “Vətəndaş Müqaviləsi” partiyasına yaxın mənbələri bildirir ki, hakimiyyət Baqrat Srbazanın hər sözünü, hər hərəkətini və planlarını diqqətlə izləyir.

Ordu.az xəbər verir ki, nəşrin məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan komanda yoldaşlarını Srbazanın bəyanatları ilə bağlı mütləq əks arqumentlər təqdim etməyə, təkzib etməyə və müxtəlif iddialarla Baqrat Srbazanın “keçmişlər”dən biri olduğunu və məqsədinin “keçmişləri” hakimiyyətə gətirmək olduğunu göstərməyə çağırıb.

“Ancaq beynəlxalq partnyorların “utandırmaq” fürsətlərinə sahib olmaması üçün bunu düzgün, ad-soyadsız etmək tapşırılıb. Eyni mənbələr bildirirlər ki, uzun müddətdir komanda yoldaşları Paşinyanla üz-üzə görüşmürlər, müzakirələr aparmırlar, lakin naməlum istifadəçilər vasitəsilə Baqrat Srbazanı gözdən salmaq üçün müxtəlif yollarla mesajlar alırlar. Paşinyanın ailə saytı da aktivdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət   Keşiş  


Bizi "telegram"da izləyin