Ermənistanda 2018-ci ildə polisin nüfuzu daha yüksək olub? – SORĞU

2024/05/armmm-1715842693.jpg
Oxunub: 141     12:45     16 May 2024    
“Gallup International” beynəlxalq assosiasiyası ötən gün keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, “Vətən naminə Tavus” hərəkatı zamanı Ermənistan polisinin hərəkətlərini necə qiymətləndirirsiniz?” sualına cavab verərkən, respondentlərin 26,9 faizi “ümumiyyətlə mənfi”, 19,6 faizi “daha çox mənfi”, 21,5 fazi “daha çox müsbət” və 14,3 fazi “tamamilə müsbət” cavabını verib.

“Nəşrimiz eyni qurumun 2018-ci ildə Nikol Paşinyanın hərəkatına ictimai münasibət və polisin hərəkətləri ilə bağlı keçirdiyi sorğuları da araşdırıb və çox maraqlı mənzərə qeydə alınıb. “Avtoritar”, “zorakı”, “quldurluq” və digər “dəhşətli” kimi damğalar almış əvvəlki hökumət dövründə polis əslində daha yaxşı idi. 2018-ci ildə “Mənim Addımım” hərəkatı zamanı Ermənistan polisinin hərəkətlərini necə qiymətləndirirsiniz?” sualına respondentlərin 11,5 faizi “mumiyyətlə mənfi”, 14,9 faizi “daha çox mənfi”, 48,7 fazi “daha çox müsbət” və 21,4 fazi “tamamilə müsbət” cavabını verib. Əslində, 2018-ci ildə Nikol Paşinyan dövründə polisə inam indiki ilə müqayisədə iki dəfə çox olub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polis  


Bizi "telegram"da izləyin