Ermənistanın Baş Nazir Aparatı: Günəndə 3 dirək daha sonra quraşdırılacaq, əmlak məsələləri kompensasiya olunacaq

2024/04/first-1714062548.jpg
Oxunub: 256     11:35     16 May 2024    
Ermənistanın Baş Nazir Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ermənistan və Azərbaycanın demarkasiya məsələləri üzrə komissiyalarının mayın 15-də yaydıqları bəyanatla bağlı “Armenpress”in suallarını cavablandırıb.

Ordu.az-ın xəbərinə görə, qeyd olunub ki, əvvəlcədən razılaşdırılmış koordinatların yerləşdirilməsi üçün qeyd olunan ərazilərdə müvafiq işçi qrupları tərəfindən sərhəd dirəkləri quraşdırılıb.

“Siz artıq bilirsiniz ki, əvvəlcədən razılaşdırılmış koordinatların yerləşdirilməsi üçün müvafiq işçi qrupları tərəfindən qeyd olunan ərazilərdə sərhəd dirəkləri quraşdırılıb. Həmin koordinatlar 1976-cı il xəritələrindən götürülüb. İndi kartoqraflar yenə eyni xəritələr əsasında dirəklər arasında sərhəd keçid xətlərini razılaşdırıblar. Yəni bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatıb, razılaşdırılıb, imzalanıb və bu ərazilərdə sərhəd delimitasiya aparılmış hesab olunur”, - deyə şöbədən bildirilib.

Vurğulanıb ki, Günəndə (Kirants) 3 dirək daha sonra quraşdırılacaq, əmlak məsələləri kompensasiya olunacaq.

“Günənin üç koordinatı kompüter üsulu ilə müəyyənləşdirilib və dirəklər daha sonra quraşdırılacaq. Digərləri quraşdırılıb. Günən üçün sevindirici xəbər odur ki, son 33 ildə Günən üçün əlçatmaz olan təxminən 25 hektar kənd təsərrüfatı sahəsi kəndə qaytarılacaq. Sərhəd təsviri 1976-cı il xəritəsində göründüyü kimidir. Dediyimiz kimi, yolun köçürülməsi problemi, bəli, yaranacaq, bunu 2-3 aya etmək olar. H-26 avtomobil yolundan Açarkut, oradan isə Günənə gedən, Günənə alternativ olan yol da təmir olunacaq”, - deyə cavabda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Demarkasiya  


Bizi "telegram"da izləyin