Ermənistan Silahlı Qüvvələrində yeni kadr təyinatları olub - SİYAHI

2024/05/sdfs-1715841814.jpg
Oxunub: 387     10:42     16 May 2024    
Ermənistan prezidentinin sərəncamına əsasən, Ermənistan Silahlı Qüvvələrində yeni kadr təyinatları həyata keçirilib.

Ordu.az xəbər verir ki, Hraç Stepanyan Ermənistan Müdafiə Nazirliyinin Baş kadr siyasəti və hərbi təhsil siyasəti idarəsinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə Nazirliyinin kadr siyasəti baş idarəsinin rəisi təyin edilib.

Mher Şirinyan Ermənistan Silahlı Qüvvələrinin silahlanma rəisi-idarə rəisi vəzifəsindən azad edilərək, Müdafiə Nazirliyinin Silahlanma və texniki təminat idarəsinin rəisi təyin edilib.

Aram Poğosyan Ermənistan Silahlı Qüvvələrinin arxa cəbhə rəisi-idarə rəisi vəzifəsindən azad edilərək, Müdafiə Nazirliyinin arxa cəbhə təminatı idarəsinin rəisi təyin edilib.

Geğam Paşikyan Ermənistan Silahlı Qüvvələrinin Hərbi tibb idarəsinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə Nazirliyinin Hərbi tibbi təminat idarəsinin rəisi təyin edilib.

Smbat Qriqoryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi heyətin idarə edilməsi baş idarəsinin rəisi vəzifəsindən azad edilərək, Silahlı Qüvvələrin Baş Qərargahının təşkilati çağırış baş idarəsinin rəisi təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silahlı-Qüvvələr   Təyinat  


Bizi "telegram"da izləyin