Xəstəxana direktoru: Slovakiyanın Baş nazirinin əməliyyatı beş saat çəkib - YENİLƏNİB

2024/05/1715838884.jpg
Oxunub: 305     11:35     16 May 2024    
Slovakiyanın Baş naziri Robert Fitso çoxsaylı yaralar alıb və beş saat ərzində əməliyyat olunub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə xəstəxananın direktoru Miriam Lapunikova bildirib.

Onun sözlərinə görə, Baş nazir hələ də reanimasiya şöbəsindədir.

Xatırladaq ki, ötən gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Slovakiya KİV-i qeyd edib ki, Baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs polis tərəfindən tutulub.

***

Əməliyyatdan sonra Slovakiyanın baş naziri Robert Fitsonun həyatı üçün təhlükə hələ də qalır.

Ordu.az xəbər verir ki, bu barədə “Markiza” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, ötən gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Baş-nazir  


Bizi "telegram"da izləyin