Pakistan yerli istehsal olan “Fatah-II” İdarəolunan Raket Sistemini uğurla sınaqdan keçirib

2024/05/1715837696.jpg
Oxunub: 386     17:52     16 May 2024    
Pakistan ordusu qısa mənzilli yerli istehsal olan “Fatah-II” İdarəolunan Raket Sistemini uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, ordunun verdiyi açıqlamada “Fatah-II” İdarəolunan Raket Sisteminin 400 kilometr mənzilə sahib olduğu qeyd edilib.

Açıqlamada sözügedən raket sisteminin ən müasir naviqasiya sisteminə, unikal trayektoriya və manevr qabiliyyətinə malik olduğu bildirilib.

Raketin yüksək dəqiqliklə hədəfləri vura və bütün raketdən müdafiə sistemlərini zərərsizləşdirə biləcəyi vurğulanan açıqlamada bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərif və ordu raket sisteminin yaradılmasında əməyi keçən alim və mühəndisləri, həmçinin uğurlu buraxılış keçirən hərbi qulluqçuları təbrik edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   MN   Fatah-II  


Bizi "telegram"da izləyin