Böyük Britaniyanın Ukraynaya hərbçi göndərmək planı yoxdur

2024/05/2020--1715836636.jpg
Oxunub: 163     06:43     16 May 2024    
Böyük Britaniya hələ də Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün öz qoşunlarını bu ölkəyə göndərmək niyyətində deyil.

Ordu.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps "The Daily Telegraph"a müsahibəsində deyib.

“Mən sərhədi keçib Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, ukraynalı hərbçilərin təlimini Ukraynaya yaxınlaşdırmağın mənası var”.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin