Kaxa Kaladze nümayişlərdə iştirak edən avropalı nazirləri düşmən adlandırıb

2024/05/1715836442.jpg
Oxunub: 142     04:56     16 May 2024    
“Bu dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşməni qızışdırmaq cəhdidir”.

Ordu.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidə nümayişlərdə iştirakına münasibət bildirərkən deyib.

“Xarici işlər nazirimizin, belə demək mümkünsə, digər ölkəyə gedib müxalifətin mitinqində çıxış etməsini necə təsəvvür edirsiniz? Bu necə münasibətdir? Bu, həqiqətənmi dostluqdur?”, - deyə Kaladze vurğulayb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaxa-Kaladze   Gürcüstan   Nümayiş  


Bizi "telegram"da izləyin