Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

2024/05/thumb-1715837109.jpg
Oxunub: 97     02:52     16 May 2024    
Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici işlər naziri Uinston Peters bildirib.

Siyahıya 28 fiziki və 14 hüquqi şəxs əlavə edilib.

Həmin şəxslər Koreya Xalq Demokratik Respublikasıdan və İrandan Rusiyaya silah ötürülməsində iştirak etməkdə şübhəli bilinir.

Yeni Zelandiya Xarici İşlər Nazirliyinin məlumatına görə, yeni sanksiyalar həm də “ukraynalı uşaqların Rusiyaya məcburi köçürülməsinə yardım edənlərə qarşı yönəlib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Zelandiya   Rusiya  


Bizi "telegram"da izləyin