Azərbaycan-Ermənistan sərhədində yeni dirəklər yerləşdiriləcək

2024/05/1715836215.jpg
Oxunub: 172     01:01     16 May 2024    
Hər iki tərəfin sərhədçiləri yaxın 8-9 gün ərzində razılaşdırılmış Azərbaycan-Ermənistan sərhədinə yerləşdirəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.

Qeyd olunub ki, Xeyrımlı kəndində bəzi koordinatlar kompüter vasitəsilə müəyyən edildiyi üçün indi bütün sərhəd postları quraşdırılmayıb və bir müddət sonra orada yeni dirəklər yerləşdiriləcək.

Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Sərhəd   Dirək  


Bizi "telegram"da izləyin