Fransa Yeni Kaledoniyaya ordu yeridəcək

2024/05/1715836154.jpg
Oxunub: 120     00:33     16 May 2024    
Fransa hakimiyyəti davam edən iğtişaşlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeridəcək.

Ordu.az xəbər verir ki, bunu Fransanın Baş naziri Qabriel Attal bildirib.

Onun sözlərinə görə, hakimiyyət Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.

Qeyd edək ki, Yeni Kaledoniyada etirazlara səbəb Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir.

Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Noumea sazişinə zidd olduğunu bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yeni-Kaledoniya   Ordu  


Bizi "telegram"da izləyin