Misir “Rəfah” NBM-in bağlanmasına görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb

2024/05/1715835996.jpg
Oxunub: 104     23:50     15 May 2024    
Misir hökuməti Fələstinin Qəzza sektoru ilə sərhəddə yerləşən “Rəfah” nəzarət-keçid məntəqəsinin (NBM) bağlanmasına və anklav sakinlərinə humanitar yardımın çatdırılmasında yaranmış problemlərə görə bütün məsuliyyəti İsrailin daşıdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.

“İsrail Qəzza ilə sərhəddəki “Rəfah” quru NBM-inin bağlanmasına görə tam məsuliyyət daşıyır. İsrail tərəfi həmçinin bölgədə humanitar vəziyyətin kəskin pisləşməsinə görə də məsuliyyət daşıyır”, - Misir hökumətindəki yüksək vəzifəli mənbə telekanala açıqlamasında söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Rəfah   İsrail  


Bizi "telegram"da izləyin