Türkiyə Prezidenti Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdi kəskin şəkildə pisləyib

2024/05/1715835868.jpg
Oxunub: 140     23:23     15 May 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini kəskin şəkildə pisləyib.

Ordu.az xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən bu dəhşətli sui-qəsdi qətiyyətlə pisləyirəm. Ona tezliklə şəfa tapmasını arzulayıram”, - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Slovakiya  


Bizi "telegram"da izləyin