Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

2024/05/7896b-1715800847.jpg
Oxunub: 199     23:11     15 May 2024    
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin xarici işlər nazirinin müavini İvan Kondov ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkə hesabında paylaşım edib.

“Dostluq və səmərəli görüşə görə xarici işlər nazirinin müavini İvan Kondova təşəkkür edirəm”, - deyə Q.Hüseynov qeyd edib.

Səfir əlavə edib ki, görüş zamanı Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələlər, o cümlədən enerji diversifikasiyası, yaşıl keçid, kommunikasiyalar, innovasiyalar və biznes sahələrində qarşılıqlı fəaliyyətin gələcək inkişafı müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Bolqarıstan  


Bizi "telegram"da izləyin