Slovakiya parlamenti iclasları mayın 21-dək dayandırıb

2024/01/d868f-1705772125.jpg
Oxunub: 179     22:02     15 May 2024    
Slovakiya parlamenti Baş nazir Robert Fitsoya qarşı törədilmiş sui-qəsd hadisəsi ilə əlaqədar deputatların təhlükəsizliyini təmin etmək üçün iclasları dayandırıb.

Ordu.az xəbər verir ki, bu qərarı respublikanın ali qanunverici orqanının sədri vəzifəsini icra edən Peter Jiqa verib.

Parlamentin iclasları mayın 21-dək dayandırılıb.

Qeyd edək ki, Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəş açılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Baş nazirə sui-qəsd edən şəxs saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Parlament  


Bizi "telegram"da izləyin