Slovakiya Baş nazirinin vəziyyəti stabildir - YENİLƏNİB

2024/05/55dde-1715076949.jpg
Oxunub: 970     22:01     15 May 2024    
Slovakiyanın baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib, vəziyyəti stabildir.

Ordu.az xəbər verir ki, bu barədə TAZ telekanalı məlumat yayıb.

"Fitso uğurla əməliyyat olunub, vəziyyəti stabildir və şüuru yerindədir", - deyə məlumatda bildirilir.

***

Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağırdır.

Ordu.az xəbər verir ki, bu barədə əmək və sosial məsələlər naziri Erik Tomas məlumat verib.

O bildirib ki, baş nazirin bir neçə orqanı zədələndiyindən əməliyyat ləngiyir.

“Robert Fitsonun səhhəti ağırdır, çünki atəş açan şəxs baş nazirin bir çox daxili orqanlarına zərər vurub”, - deyə Erik Tomas bildirib.



***

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhd edən şəxsin kimliyi məlum olub.

Ordu.az xəbər verir ki, Slovakiya mediası həmin şəxsin məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu bildirir.

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

***

Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli media yazır. Hadisəni törədən şəxsin motivləri aydınlaşdırılır.

Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.

Yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır. "Reuters" xəstəxana nümayəndəsinə istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri xəstəxanaya gələrkən huşunu itirib, ona tibbi yardım göstərilib, vəziyyəti stabilləşib.

***

Sui-qəsd nəticəsində yaralanmış Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir və bu səbəbdən o, təcili olaraq Banska-Bistritsa şəhərinə aparılacaq.

Ordu.az xəbər verir ki, bu barədə onun sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

***

Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.

***

Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Onu xəstəxanaya aparıblar.

Bildirilir ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Baş-nazir  


Bizi "telegram"da izləyin