Türkiyə QQ tərəfindən OMTAS Qülləli Zirehli Tank Əleyhinə Vasitəsinin qəbul fəaliyyətləri tamamlanıb

2024/05/Kapla-1715330597.jpg
Oxunub: 487     16:39     10 May 2024    
Türkiyə Milli Müdafiə Nazirliyinin fəaliyyətləri başda olmaqla, gündəmdəki məsələlərlə bağlı Həftəlik Mətbuatı Məlumatlandırma Toplantısı keçirilib.

Ordu.az xəbər verir ki, toplantıda Türkiyə Quru Qoşunları Komandanlığı tərəfindən müxtəlif miqdarda OMTAS Qülləli Zirehli Tank Əleyhinə Vasitəsinin təftiş və qəbul fəaliyyətlərinin tamamlandığı bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk qeyd edib:

“Davamlı olaraq inkişaf etdirilən yerli və milli müdafiə sənayemizin yüksək texnologiyalı məhsulları ilə təchiz edilmiş Silahlı Qüvvələrimizin imkan və qabiliyyətləri günü-gündən artır. Bu çərçivədə Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda OMTAS Qülləli Zirehli Tank Əleyhinə Vasitəsinin təftiş və qəbul fəaliyyətləri tamamlanıb”.

Aktürk Türkiyə Milli Müdafiə Nazirliyinin platformasından Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq ROKETSAN tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilən “Akya” ağır sinfə məxsus döyüş torpedosunun kütləvi istehsala keçdiyini və Türkiyənin sualtı qayıqlarına tədarükün başlanıldığını da bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   QQ   OMTAS  


Bizi "telegram"da izləyin