Amerikalı general: “SZ və avtonomluq sayəsində kiçik komandalar böyük düşmənlərə qarşı qələbə qazana bilər”

2024/05/2024--1715244044.jpg
Oxunub: 152     17:39     16 May 2024    
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) komandanı general Bryan Fenton bildirib ki, Süni Zəka (SZ) və avtonomluq kimi texnologiyalar kiçik komandalara daha böyük düşmənlərə qarşı üstünlük verə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Fenton ABŞ-nin Florida ştatında yerləşən Tampa şəhərində keçirilən “SOF Week” konfransının açılış nitqində bildirib.

“Bu, şübhəsiz ki, hamımızın diqqətini ABŞ ordusunda xüsusi əməliyyatları necə idarə edəcəyimizə yönəldir”, - deyə o qeyd edib.

Fenton həmçinin bildirib ki, SZ kimi yeni texnologiyaların yayılması mövcud məlumatların nəhəng dağlarını və aysberqlərini süzməyə kömək edə bilər.

O vurğulayıb ki, bənzər şəkildə avtonomluq operatorlara əvvəlkindən daha çox şey etməyə kömək edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   SOCOM  


Bizi "telegram"da izləyin