ABŞ HDQ USS “Carter Hall”un modernləşdirilməsi üçün “BAE Systems” ilə müqavilə imzalayıb

2024/05/USS_C-1715157764.jpg
Oxunub: 188     11:38     16 May 2024    
“BAE Systems” USS “Carter Hall” (LSD 50) desant gəmisində təmir işləri üçün ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) ilə 87 milyon dollarlıq müqavilə əldə edib.

Ordu.az xəbər verir ki, müqaviləyə həyata keçirildiyi təqdirdə ümumi dəyəri 92 milyon dollara çatacaq seçimlər də daxildir.

USS “Carter Hall” səkkiz aylıq missiyadan sonra öz limanına qayıdıb. 1995-ci ilin sentyabrında xidmətə daxil olan bu gəmi hazırda ABŞ HDQ-nin bu adı daşıyan ikinci gəmisidir.

Gəmi 420 dənizçini və 500-ə qədər dəniz piyadasını daşıya bilər.

Müqaviləyə əsasən, USS “Carter Hall” gəminin əsas limanı olan və eyni zamanda “BAE Systems” şirkətinə məxsus olan Virciniya ştatındakı gəmiqayırma zavodunda bir illik bərpa işləri görəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   USS   Carter-Hall  


Bizi "telegram"da izləyin