Meşə nəzarət radarı “Eren” ən çətin şəraitdə təhlükələri aşkar edir

2024/05/2024--1715063639.jpg
Oxunub: 169     14:57     18 May 2024    
ASELSAN tərəfindən istehsal edilən yerli və milli meşə nəzarət radarı “Eren-2” bitki örtüyü səbəbiylə görmə xəttinin olmadığı riskli ərazilərdə yüksək dəqiqliklə hədəfləri təsbit edir.

Ordu.az xəbər verir ki, “Eren-2” mümkün təhlükələrə qarşı təhlükəsizliyi artırmaq üçün ağaclar, budaqlar və yarpaqlar kimi maneələri keçə bilən tezlik diapazonunda fəaliyyət göstərir.

ASELSAN-ın öz resursları ilə inkişaf etdirilən “Eren-2” ekvivalent sistemlərdən daha qabaqcıl texnoloji imkanlar təklif edir.

Yerli və milli sistemə 2017-ci ildə Trabzonun Maçka ilçəsində terrorçuları jandarma qruplarına xəbər verən və daha sonra terrorçular tərəfindən şəhid edilən Eren Bülbülün adı verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eren   ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin