ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

2023/07/1690090141.jpg
Oxunub: 268     22:14     24 Aprel 2024    
Amerika Birləşmiş Ştatları ATACMS taktiki ballistik raketlərini ictimaiyyətə açıqlama vermədən Ukraynaya çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, çatdırılma son həftələrdə gizli şəkildə həyata keçirilib. Ukrayna isə aprelin 17-də səhər saatlarında Rusiya hədəfinə qarşı ilk dəfə olaraq ATACMS-dan istifadə olunub.

Raketlər ABŞ prezidenti Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib.

Agentliyin həmsöhbəti Kiyevə dəqiq neçə raket göndərildiyini açıqlamayıb.

Öz növbəsində ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel faktı təsdiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   ATACMS  


Bizi "telegram"da izləyin