Ukrayna parlamenti Vardanyanın adını Nobel Mükafatına namizədlər siyahısından çıxarmağa çağırıb - FOTO

2023/09/1695885738.jpg
Oxunub: 194     18:13     24 Aprel 2024    
Ukrayna Ali Radasının deputatları erməniəsilli milyarder, keçmiş qondarma rejimin "dövlət naziri" olmuş separatçı Ruben Vardanyan adını Nobel Sülh Mükafatına namizədlər siyahısından çıxarmağa çağırıb.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Ukrayna siyasətçiləri sosial şəbəkələrdə paylaşımlarında adı korrupsiya qalmaqallarında hallanan Vardanyanın adının Nobel Mükafatı laureatları siyahısına daxil edilməsinin yolverilməz olduğunu bildiriblər.

Ali Radanın deputatı Yuri Kamelçuk Nobel Komitəsinə məktub yazaraq, Ruben Vardanyanın adının potensial Nobel Sülh Mükafatı laureatı kimi namizədliyini rədd etməyə çağırıb.

Qeyd edək ki, bu yaxınlarda keçmiş qondarma rejimin "dövlət naziri" olmuş, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında həbsdə olan separatçı Ruben Vardanyanın çirkli pulları hesabına ona bağlı bir qrup tərəfindən Nobel namizədliyinin irəli sürülməsi istiqamətində iş aparıldığı haqda məlumat yayılıb.

Xatırladaq ki, Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Vardanyan  


Bizi "telegram"da izləyin