Krım körpüsü bağlanıb

2024/04/ae74e-1713971612.jpg
Oxunub: 237     18:57     24 Aprel 2024    
Krım körpüsündən avtomobillərin keçidi müvəqqəti olaraq dayandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat verilib.

“Körpüdə və yoxlama zonasında olanlardan nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələrini xahiş edirik”, - paylaşımda qeyd edilib.

Yolun bağlanmasının səbəbi açqılanmayıb.

Bundan əvvəl Krım körpüsündən keçən sürücülərin bayram və tətil vaxtı daha ciddi şəkildə yoxlanılacağı bildirilmişdi.

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım-körpüsü   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin