Almaniyada İŞİD-lə əlaqəsi olan 7 nəfər saxlanılıb

2024/04/6628f-1713961817.jpg
Oxunub: 149     16:03     24 Aprel 2024    
Almaniya polisi terrorçu qruplaşma yaratmaqla, İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan Türkmənistan, Tacikistan və Qırğızıstan vətəndaşlarından ibarət 7 nəfərlik dəstə üzvlərini saxlayıb.

Ordu.az-ın “Pressportal”a istinadən xəbərinə görə, bu barədə Ali Məhkəmənin prokuroru Peter Frank bildirib.

Bildirilir ki, Niderlandın hüquq-mühafizə orqanları ilə birlikdə keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, daha iki nəfər bu ölkənin ərazisində gizlənib. Araşdırmalarla həmçinin onların Almaniyaya Ukrayna ərazisindən 2022-ci ilin iyulunda gəldiyi, sonradan isə radikal dini düşüncələri yaymaq üçün cinayətkar dəstə halında birləşdiyi məlum olub.

Qeyd olunub ki, qruplaşma bu müddət ərzində İŞİD üçün ianələrin toplanması, eləcə də Almaniyanın müxtəlif şəhərlərində terror aktlarının planlaşdırılması ilə məşğul olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İŞİD  


Bizi "telegram"da izləyin