ABŞ Pakistanın ballistik raket proqramına sanksiya tətbiq edib

2024/04/2024--1713949202.jpg
Oxunub: 244     16:32     24 Aprel 2024    
ABŞ Dövlət Departamenti Pakistanın ballistik raket proqramı üçün raket daşıya bilən məhsulların tədarükünə görə Çində yerləşən üç və Belarusda yerləşən bir şirkətə sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, Pakistanın həmişə müttəfiqi olan Çin İslamabadın hərbi modernləşdirmə proqramının əsas silah və müdafiə avadanlığı təchizatçısı olub.

ABŞ Çində yerləşən “Xi'an Longde Technology Development Company Limited”, “Tianjin Creative Source International Trade Co Ltd” və “Granpect Company Limited” şirkətlərinə sanksiya tətbiq edib.

Dövlət Departamenti, həmçinin Pakistanın uzun mənzilli ballistik raket proqramı üçün xüsusi vasitə şassiləri təmin edən və Belarusda yerləşən “Minsk Wheel Tractor Plant”a da sanksiya tətbiq edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pakistan  


Bizi "telegram"da izləyin