“Altınay Savunma Teknolojileri”nin uğur hekayələri: Quş Tələsi Layihəsi (VİDEO)

2024/04/2024--1713949021.jpg
Oxunub: 186     19:45     24 Aprel 2024    
“Altınay Savunma Teknolojileri” Helikopter Tutma və Transfer Sistemi Quş Tələsi layihəsi haqqında film seriyasının üçüncü hissəsini paylaşıb.

Ordu.az xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri Hakan Altınay və baş meneceri Burak Mercan helikopterlərin dəniz platformaları ilə inteqrasiyasındakı son inkişaflardan və Quş Tələsi layihəsinin hekayəsindən danışıblar.

Şirkətdən verilən açıqlamada qeyd olunub:

“Altınay Savunma Teknolojileri” olaraq bu maraqlı səyahətin üçüncü dayanacağında sizi müdafiə sənayesindəki inkişaflarla tanış etməkdən məmnunuq. Komanda yoldaşlarımızın əzmi və “Ar-Ge” çalışmalarımızın gücü ilə müdafiə sənayesində adımızı bir daha eşitdirir və gələcək hədəflərimizə doğru birlikdə addım atmağı səbirsizliklə gözləyirik. Üzərində həyəcanla işlədiyimiz helikopterlerin dəniz platformalarına inteqrasiyası ilə bağlı son inkişafları və qurucumuz Hakan Altınayın rəhbərliyi ilə həyata keçirilən Quş Tələsi layihəsinin hekayəsini sizinlə bölüşməkdən qürur duyuruq”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altınay-Savunma-Teknolojileri   Quş-Tələsi-Layihəsi  


Bizi "telegram"da izləyin