İtalyanlar Nigeriyaya M-346 reaktiv təlim təyyarələrinin çatdırılmasına başlayırlar

2024/04/m346--1713947785.jpg
Oxunub: 208     17:02     24 Aprel 2024    
İtaliya istehsalçısı “Leonardo” ilin sonunda Nigeriya Hərbi Hava Qüvvələrinin (HHQ) sifariş etdiyi M-346 reaktiv təlim təyyarələrinin tədarükünə başlayacaq.

Ordu.az xəbər verir ki, daha öncə Nigeriya 24 ədəd M-346 sifariş edib.

Bir müddət Nigeriya “Hürjet”ə də maraq göstərib. Nigeriya M-346-nın həm təlim, həm də M-346FA adlı silahlı versiyasını sifariş edib.

Məlumata görə, təyyarələr pilotların təlimində reaktiv mərhələdə və terrorla mübarizə aparan Nigeriyanın yaxın hava dəstəyi əməliyyatlarında istifadə olunacaq.

“Leonardo” 24 təyyarəni hər biri 6 ədəd paketdə təhvil verəcək. Nigeriya HHQ-yə texniki xidmət “Leonardo” tərəfindən təmin ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtalya   Nigeriya   M-346  


Bizi "telegram"da izləyin