ABŞ Quru Qoşunları ilk M10 “Booker” yüngül tankını təhvil alıb

2024/04/1713947488.jpg
Oxunub: 194     15:41     24 Aprel 2024    
ABŞ Quru Qoşunları təşkil edilən mərasimlə ilk M10 “Booker” yüngül tankını təhvil alıb.

Ordu.az xəbər verir ki, xüsusilə Hava Desant Birlikləri kimi yüngül piyada briqadalarının döyüş qrupları tərəfindən istifadə üçün havadan daşınacaq və düşmənin zirehli elementləri ilə mübarizə apara biləcək şəkildə dizayn edilən M10 layihəsi 2016-cı ildə başlayıb.

“General Dynamics Land Systems” (GDLS) şirkətinin əsas podratçısı tərəfindən başladılan layihə çərçivəsində istehsal edilən vasitələr 2023-cü ildən etibarən M10 “Booker” Mobil Qorumalı Atəş Gücü (MPF) adlandırılacaq.

2023-cü ilin iyun ayında ABŞ ordusu GDLS ilə 96 vasitənin istehsalı və yerləşdirilməsi üçün 1,14 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

2024-cü ilin fevralında sınaq məqsədi ilə təhvil verilən ilk 3 platforma “Anniston” Ordu Deposunda son sınaq prosesinə daxil olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   QQ   Booker  


Bizi "telegram"da izləyin