Erməni siyasi xadim: “Ermənistan ordusu təhvil verilməməli olan əraziləri təhvil verir, alınmaz mövqeləri təhvil verir”

2024/04/1713945286.jpg
Oxunub: 303     17:18     24 Aprel 2024    
“Tavus vilayətinin təhlükəsizlik zonası 2021-ci ildə keçirilən növbədənkənar seçkilərin nəticələri ilə İlham Əliyevə verilib və indi baş verənlər birbaşa həmin seçkinin nəticəsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Samvel Nikoyan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Ermənistan ordusunun nəzarətində olan ərazilərin Azərbaycana verilməsində iştirak edən məmurların hamısı satqındır.

“Onlar alçaldılmış, insan ləyaqətindən məhrum olan adam davranışını nümayiş etdirirlər”, - deyə Nikoyan qeyd edib.

Nikoyan bildirib ki, Ermənistan ordusu təhvil verilməməli olan əraziləri təhvil verir, alınmaz mövqeləri təhvil verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Tavus  


Bizi "telegram"da izləyin