Britaniya 2025-ci ildə Polşaya “Typhoon” qırıcıları göndərəcək

2023/12/1701510025.jpg
Oxunub: 138     22:22     23 Aprel 2024    
Britaniyanın “Typhoon” qırıcıları gələn ildən Polşanın hava məkanını izləyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

"Biz əbədi müttəfiqik. Polşa ilə Böyük Britaniya arasında təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən güclü əlaqələr mövcuddur. Biz xüsusilə hava məkanının qorunmasında əməkdaşlığı gücləndiririk. Biz 2025 - ci ildən Polşanın hava məkanını patrul edəcək “Typhoon” qırıcılarını bura göndərəcəyik", - Polşanın TVN24 telekanalı Sunakın sözlərini sitat gətirir.

"Biz həmçinin Böyük Britaniyanın dəstəyi çərçivəsində bura 16 min əsgər göndərmək istəyirik", - o deyib.

Sunak çərşənbə axşamı Polşaya səfər edib. O, Polşa hökumətinin başçısı Donald Tusk, milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşlər keçirib.

Xatırladaq ki, Böyük Britaniya ötən il də oktyabrın 15-nə təyin edilmiş parlament seçkiləri öncəsi ölkənin təhlükəsizliyini təmin etmək üçün Polşaya "Typhoons" göndərmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Polşa   Typhoon  


Bizi "telegram"da izləyin