Stoltenberq: "NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur"

2023/04/Stolt-1680599999.jpg
Oxunub: 92     21:51     23 Aprel 2024    
Şimali Atlantika Alyansının Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib.

"NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur", - o, deyib.

Alyansın baş katibi əlavə edib ki, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq. O, müttəfiq ölkələrini Baş naziri Sunakın Londonun 2030-cu ilə qədər müdafiəyə 2,5 % xərcləyəcəyini vəd edən Böyük Britaniyadan nümunə götürməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   NATO  


Bizi "telegram"da izləyin