Britaniyanın Azərbaycandakı sabiq səfiri: "Sülh sazişi istiqamətində müsbət addımlar davam edəcək"

2022/01/56756-1643618118.jpg
Oxunub: 125     19:29     23 Aprel 2024    
Hesab edirəm ki, Cənubi Qafqazda gedən normallaşma prosesi müsbətdir.

Ordu.az xəbər verir ki, bunu aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

"Tərəflər arasında son razılaşma, dörd kəndin qaytarılması çox müsbət haldır. Artıq tərəflər birbaşa bir-biri ilə kommunikasiyadadır, bu irəliləmə üçün müsbət haldır. Rusiya sülhməramlılarının regionu tərk etməsi müsbət haldır. Xatırlayıram ki, 2020-ci ilin noyabrında atəşkəs imzalananda hər kəs şad idi, sadəcə, Rusiya qüvvələrinin Azərbaycan ərazisinə daxil olmasından məmnun deyildilər. İndi onların Azərbaycanı tərk etməsi müsbət haldır. Düşünürəm ki, sülh sazişi istiqamətində müsbət addımlar davam edəcək. Ümidliyik ki, bundan sonra da tərəflər birbaşa təmas üçün vasitəçisiz mexanizm yaradacaqlar”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin