Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

2024/04/kuvey-1713879058.jpg
Oxunub: 121     17:25     23 Aprel 2024    
Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın səkkizinci görüşü çərçivəsində əldə olunan razılaşmanı alqışlayır.

Ordu.az rəsmi KUNA agentliyinə istinadən xəbər verir ki, bu fikirlər Küveyt Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

“Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, tezliklə sülh sazişinin imzalanması istiqamətində atılmış mühüm addımdır”, - bəyanatda deyilir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin