Litva Ukraynaya zirehli döyüş maşınları təhvil verib

2022/05/Austr-1653042177.jpg
Oxunub: 147     17:12     23 Aprel 2024    
Litva Ukraynaya "M577" zirehli döyüş maşınlarını təhvil verib.

Ordu.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onların sayı dəqiqləşdirilməyib.

Agentlik qeyd edib ki, bu il Ukraynadan gələn müraciətlərə cavab olaraq Litva artıq 155 mm-lik döyüş sursatı, “M577” zirehli döyüş maşınları, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, isti geyim və s. tədarük edib.

Litva Ukraynaya təxminən 610 milyon avro məbləğində hərbi yardım edib. Bu il artıq 84 milyon avro ayrılıb və məqsəd bu dinamikanı qorumaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ukrayna  


Bizi "telegram"da izləyin