Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirib

2024/04/19ae4-1713875847.jpg
Oxunub: 107     16:34     23 Aprel 2024    
Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların son iclasının, eləcə də 1991-ci il Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinin başlanılmasının müsbət nəticələri var. Litva ümid edir ki, bir-birinin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması regionda davamlı sülhə gətirib çıxaracaq”, - paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin