İrəvanda Brüsseldəki “casus”u axtarırlar – Moskva cavab gözləyir

2024/04/regnu-1713865244.jpg
Oxunub: 547     21:39     23 Aprel 2024    
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva ötən gün yayılan sənədlə bağlı İrəvandan dəqiq cavab gözləyir. Söhbət Brüssel platformasında Ermənistanın Qərb qarşısında Rusiyaya qarşı üzərinə götürdüyü öhdəliklərdən gedir.

Sənədin sızan məzmununda deyilir ki, Brüsseldə, belə demək mümkündürsə, qapalı rejimdə hərbi-siyasi məsələlər, xüsusilə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun NATO, ABŞ, Aİ mütəxəssisləri ilə əvəzlənməsi, habelə Ermənistanın strateji infrastrukturunun Qərbin nəzarəti altına keçməsi və digər bu kimi məsələlər müzakirə edilib.

Məlumat kifayət qədər etibarlı informasiya resursları tərəfindən yayıldı və bu günə kimi nə Brüsseldən, nə Vaşinqtondan, nə də İrəvandan rəsmi cavab yoxdur. Moskva yayılan məlumatları “ovlayır” və faktiki olaraq İrəvanı aydın cavab zərurəti qarşısında qoyur. Belə bir məsələnin müzakirəsinin aparılması faktiki olaraq Rusiya ilə birbaşa qarşıdurma deməkdir.

Yeri gəlmişkən, Brüssel görüşündən sızmış bu məlumat rus sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı Rusiya və Azərbaycan arasında ən yüksək səviyyədə qəbul edilən qərarın da rəsmi şəkildə elan olunduğu gün yayılıb. Görünür, Rusiya qüvvələrinin çıxarılması ilə bağlı məlumatı həzm edə bilməyən Qərb məlumatın sızdırılması ilə daha bir “qol” vurmağa çalışıb.

İrəvan nə qədər bu məlumatı təkzib etsə də, Brüsseldə belə məsələlərin müzakirə olunduğunu inkar etsə də, Kremlin kəşfiyyat orqanları yaxşı işləyir və XİN səviyyəsində verilən açıqlama qeyri-müəyyənlikdən doğmur.

Hazırda İrəvanda sənədin Brüsseldəki qapalı iclasdan necə və kimin vasitəsilə sızması ciddi şəkildə müzakirə olunur. Baş verənlər İrəvanın informasiya siyasəti baxımından da uğursuzluğundan xəbər verir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Brüssel   Rusiya  


Bizi "telegram"da izləyin