Ermənistan ordusu geri çəkilib, Azərbaycan bayrağı qaldırılıb

2023/12/1702543491.jpg
Oxunub: 3655     13:36     23 Aprel 2024    
"Vəziyyət olduqca mürəkkəbdir, aylarla, günlərlə düşündüyümüz reallığa çevrildi: ordumuz mövqelərimizdən geri çəkildi".

Ordu.az xəbər verir ki, bu barədə "ArmLur.am"a Tavuş vilayətinin Kirants (Güney) kəndində Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan məlumat verib.

"Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən öz gözlərimlə görməmişəm, amma belə deyirlər, insanlar görüblər.

Gülməli vəziyyətdir, ordu düşmənə qapı açır və xalq öz polisinə, ordusuna qarşı döyüşür. Tarixdə həmişə bunun əksi olub. Bu, inkar və yalançılıq prosesidir", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qazax   Delimitasiya   Demarkasiya  


Bizi "telegram"da izləyin